Türkiyədə tikinti sahəsində baş verən bədbəxt hadisə nəticəsində bir işçi ağır xəsarət alıb.
News365.az xarici mediaya istinadla xəbər verir ki, tikinti liftinin qəfil düşməsi nəticəsində işçilərdən biri ağır yaralanıb.
Hadisə zamanı digər işçi isə binanın balkonunda asılı vəziyyətdə qalıb.
Əraziyə cəlb olunan yanğınsöndürmə briqadası qısa müddətdə müdaxilə edərək təhlükəli vəziyyətdə qalan işçini xilas edib.
Yaralı işçi xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.