Avropa ölkələri Ukraynaya dəstək vəd edir, lakin ölkəyə qoşun yeridilməsi ilə bağlı razılığa gələ bilmirlər. Bu fikirlər “The New York Times”də yeni koalisiyanın son sammitinin yekunlarına dair dərc olunan məqaləsindəndir.
Fransa prezidenti Emmanuel Makron müharibə başa çatdıqdan sonra Avropa qoşunlarının Ukraynaya göndərilməsi imkanının hələ də nəzərdən keçirildiyini vurğulayıb. Eyni zamanda, hələlik konkret təfərrüatlar yoxdur.
Parisdə Avropa liderlərinin görüşündən sonra mətbuat konfransı zamanı Makron bildirib ki, bəzi Avropa ölkələrinin koalisiyası Rusiyaya qarşı müharibədə Ukraynanı dəstəkləməyə və sülhün qorunmasına kömək etməyə davam edəcək. Bəzi ölkələr hərbi əməliyyatlar başa çatdıqdan sonra Ukrayna ərazisinə sabitləşdirici qüvvələrin yeridilməsi variantını nəzərdən keçirir.
Bununla belə, Makron etiraf edib ki, belə bir missiyanın formatı hələlik müəyyən edilməyib və hansı ölkələrin bu layihəyə qoşulmağa hazır olduğu barədə konkret məlumat da yoxdur: “Atəşkəsə nail olmaq üçün danışıqları, maliyyələşdirmə və silah çatdırmaq imkanlarımızı sürətləndirmək, Ukrayna ordusu və sabitləşdirmə qüvvələri üçün planlar hazırlamalıyıq”.
Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə 2022-ci ilin fevralın 24-də başlayıb. Moskva işğal zamanı qoşunları Kiyevə qədər apara bilsə də, sonradan müharibədə üstünlük nisbətən Ukraynanın tərəfinə keçib. Ukrayna qoşunları ötən ilin iyunundan əks-hücum əməliyyatlarına başladılar. Amma bu da uğurlu olmadı. Ukrayna ordusu ötən il gözlənilmədən Rusiyanın Kursk vilayətinə girdi. Son aylarda isə Rusiya yenidən döyüş meydanındakı vəziyyəti öz xeyrinə dəyişə bilib.
Tural