Rusiyada maraqlı hadisə baş verib. Tomskda kimsəsiz uşaqlar üçün evdə balacalar üçün nəzərdə tutulmuş pulların oğurlanması ilə bağlı cinayət işi üzrə hökm oxunub. Bu barədə vilayət prokurorluğu məlumat yayıb.
İstintaqın məlumatına görə, bir il ərzində uşaq evinin tərbiyəçisi və onun qızı himayəyə götürdükləri üç yetim uşağı aldadıblar. Təqsirləndirilən şəxslər kimsəsizləri müxtəlif bəhanələrlə onların bank hesablarına 5,7 milyon rubl məbləğində vəsait köçürməyə məcbur ediblər. Belə ki, onlar əlil bir gəncə əmlak alıb evi onun adına köçürəcəklərini, ikinci zərərçəkənə isə məzuniyyətə göndəriləcəyinə inandıraraq pul alıblar. Ana və qızı üçüncü tələbənin pulunu gəlir faizi ilə banka əmanət kimi qoyacaqlarını vəd ediblər.
Cinayətkarlar oğurladıqları pulları öz məqsədləri üçün xərcləyiblər. Onlar mənzil alıblar, səyahətlərə çıxıblar, borclarını ödəyiblər. Yetimlərin pulunun yoxa çıxması məlum olanda isə qadınlara qarşı cinayət işi açılıb. Məhkəmə 57 yaşlı təqsirləndirilən şəxsi 7 il, onun qızını isə 5 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edib.
Tural