Təranə ilə bağlı şikayətini geri götürdü - VİDEO

Təranə ilə bağlı şikayətini geri götürdü - VİDEO
13:15

Hazırda həbsdə olan prodüser Təranə Səmədovanın qızı Suelin atası Abbas Səfərov onunla bağlı şikayətini geri çəkib.

News365.az xəbər verir ki, bu barədə “Təsir dairəsi” verilişində məlumat verilib.

Müğənni Rəqsanə İsmayılovanın Abbas Səfərovla danışaraq onu razı saldığı məlum olub.

Qeyd edək ki, Təranə Səmədova 2024-cü ildə Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 6 il, onunla birgə məhkum edilmiş Rasim Həsənov isə 7 il müddətə azadlıqdan məhrum edilib. Buna səbəb isə T. Səmədovanın qeyri-rəsmi ər-arvad kimi yaşadığı R. Həsənovla birgə A. Səfərovun fotolarını əldə edib onu yaymaqla hədələyərək pul alması olub.

Verilişdən həmin hissəni təqdim edirik:


Sizin reklam burada
Sizin reklam burada