“Autizm
dövrümüzün bəlasıdır. Sürətlə artır, bütün dünyada... Bizdə rəsmi statistikaya
görə təxminən 3000 autist uşaq var. Qeyri-rəsmi isə bundan dəfələrlə çoxdur. Çünki
cüzi davranış pozğunluğu olan uşaqlara hörmətli psixoloqlarımız autizm diaqnozu
qoyur. Bu isə düzgün deyil”.
Bunu
News365.az- -a müsahibəsində pediatr Vaqif Qarayev deyib. O
bildirib ki, autizmin səbəbi barədə dəqiq fikir yoxdur:
“Olanlar
da hipotetik şəkildədir. Bir vaxtlar peyvəndi günahkar bilirdilər. Alınmadı. Çünki
dünyada nə qədər desəniz peyvəndsiz autist var. İndi autist uşaqların qan dəyərlərində
ağır metalların olmasına diqqət çəkilir. Ağlabatandır. Bəlkə analar ağır
metalla zəngin qidalar qəbul etdiyinə görə uşaq autust doğulur”.
Nə
etmək lazımdır?
Müsahibimiz
deyir ki, uşaq doğulandan sonra qanda ağır metalların müayinəsi aparılsa yaxşı
olar:
“Və
vaxtında tədbir görülər. 2 yaşlı
uşaqların inkişaf parametrlərini dəyərləndirmək üçün pediatr mütləq psixoloq və
psixiatrla məsləhətləşməilidir. Uşağa telefon vermək düzgün deyil. Onunla daim
danışmaq lazımdır. Diqqətini çəkən oyuncaqlar almaq, maraqlı olan diziləri göstərmək
lazımdır. Sosiallaşmanın xüsusi əhəmiyyəti
var. Bu baxımdan bağçanın rolu danılmazdır. Və sonda xatırladım ki, hər tində fəaliyyət
göstərən “psixoloji mərkəzlərə” inanmayın”.
News365.az