Təhsil sahəsində yenilik: Dərsliklərdə dəyişiklik ediləcək

Təhsil sahəsində yenilik: Dərsliklərdə dəyişiklik ediləcək
16:49

“Azərbaycan dilinin qorunması, ona bağlılıq və dilin sosial-mədəni dəyərinin dərk edilməsi nazirliyin daim diqqətindədir”.

News365.az bildirir ki, bu barədə Elm və Təhsil Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Azərbaycan dilinin saflığının qorunması da daxil olmaqla, növbəti dövrdə təkmilləşdiriləcək kurikulumlar və onlar əsasında hazırlanacaq dərsliklərdə şagirdlərin yaş səviyyəsinə uyğun mətnlərlə dilin zənginliyini, ifadə imkanlarını və milli-mədəni xüsusiyyətlərinin daha da genişləndirilməsi nəzərdə tutulub. /// apa


Sizin reklam burada
Sizin reklam burada