Mingəçevir Dövlət Universitetinə yeni prorektor təyin olunub

Mingəçevir Dövlət Universitetinə yeni prorektor təyin olunub
19:00

Mingəçevir Dövlət Universitetinə yeni prorektor təyin olunub.

News365.az xəbər verir ki, elm və təhsil naziri Emin Əmrullayev bu barədə əmr imzalayıb.

Əmrə əsasən, Natəvan Namazova MDU-nun Elm və innovasiyalar məsələləri üzrə prorektoru təyin olunub.

O bu gün universitet kollektivinə təqdim edilib.

Qeyd edək ki, Natəvan Namazova 2023-cü ildən Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının İqtisad elmləri üzrə Ekspert Şurasının üzvü və elmi katibidir.


Sizin reklam burada
Sizin reklam burada