Son günlər sosial şəbəkələrdə tam orta (11 illik) təhsil səviyyəsi üzrə buraxılış imtahanının I zona üçün 22 fevral və ya 1 mart tarixlərində keçiriləcəyi ilə bağlı iddialar yayılıb.
Məsələ geniş müzakirələrə səbəb olduğundan, çoxları məlumatın nə dərəcədə doğru olub-olmadığını aydınlaşdırmağa çalışır.
Maraqlıdır, bu məlumatlar nə dərəcədə həqiqəti əks etdirir?
Dövlət İmtahan Mərkəzindən bildirilib ki, sosial şəbəkələrdə iddia olunan imtahan tarixləri həqiqəti əks etdirmir.
“Tarixlər müvafiq ilin əvvəlində müəyyən olunur”,-məlumatda qeyd olunub. /// sfera.az