Tarixi əsər əməliyyatı: 374 artefakt ələ keçirildi, 12 NƏFƏR SAXLANILIB

Tarixi əsər əməliyyatı: 374 artefakt ələ keçirildi, 12 NƏFƏR SAXLANILIB
22:00

İstanbulda tarixi əsərlərin qanunsuz dövriyyəsi və qaçaqmalçılığına qarşı genişmiqyaslı əməliyyat keçirilib. 

News365.az xəbər verir ki, hüquq-mühafizə orqanlarının müxtəlif ünvanlarda apardığı axtarışlar zamanı ümumilikdə 374 tarixi əsər və obyekt aşkarlanaraq götürülüb.

Əməliyyat çərçivəsində saxlanılan 12 şübhəlinin tarixi əsərlərin alqı-satqısı və qanunsuz daşınmasında iştirak etdiyi ehtimal olunur. 

Faktla bağlı araşdırma davam etdirilir.

İlkin məlumata görə, ələ keçirilən əşyaların tarixi və maddi dəyərinin müəyyənləşdirilməsi üçün ekspertiza təyin olunub.



Sizin reklam burada
Sizin reklam burada