Qədim yunan, həm də Roma və German cəmiyyətlərində qadın, “söz haqqı olmayan qul” hesab edilirdi. Hətta qədim yunan cəmiyyətində və yunancada “evlilik” və ya “evlənmək” mənasına gələn “eggue” sözü “qız atası ilə qızla evlənəcək kişi arasında bağlanan satış sənədi” anlamında istifadə edilirdi. Platona görə, “qadın uşaq doğmaq üçün bir alətdir”. Hind, Sasani və digər mədəniyyətlərdə də qadına münasibət dəyişmirdi.
Qadınlar üçün ən dözülməz həyat tərzi slavyan, qədim rus və Skandinaviya xalqlarında müşahidə edilib. Burada qadın kişinin sahib olduğu əşyalardan daha qiymətsiz idi.
Bunun əksi olaraq isə Türk dünyasında qadınlar azad və söz sahibi idilər. Bunun bir səbəbi türk hərbi sistem idi ki, ailədəki kişi dövlətin əskəri hesab edildiyindən uzun hərbi səfərlər sırasında ailə tamamilə qadının nəzarətində idi. Belə hallarda uşaqlar ananın sözündən çıxa bilməzdi. Türk mifologiyasında qadınlar çox yüksək bir mövqedə təsvir olunurlar. Yaradılış dastanına görə qadınlar, kainatın yaranmasına səbəb olan ilham mənbəyi kimi görülürdülər. Tarixi mənbələrdə türklərin əhəmiyyət verdikləri hüquqları “Ana haqqı” olaraq qəbul etdikləri və Tanrı Haqqı ilə bərabər tutulduğunu göstərir.
Bəli, Türk insanı üçün ANA müqəddəs bir varlıq hesab edilir.
Belə müqəddəs analardan biri də ikinci dünya müharibəsi illərində özünün 8 övladı olmasına baxmayaraq 150 müharibə qurbanları olan uşaqlara ANA-lıq etmiş Qırğız Toktoqon Altıbasarovadır.
Müharibənin ilk illərində 16 yaşlı Toktoqon ən savadlı insan kimi kənd sovetinin sədri təyin edilib. 1942-ci ildə Qırğızıstana Leninqrad mühasirəsindən uşaqlar göndəriləndə Altıbasarova həkimlərlə birlikdə uşaqlara baxaraq onların yaşını üzdən müəyyən etməyə çalışırdı və onlara ad, soyad qoyurdu. Çünki həmin uşaqların çoxu öz adlarını bilmirdilər.
Toktoqon sadəcə uşaqlara qulluq etməklə kifayətlənməyib. 16 yaşında, sakinlərin qeyd etdiyi kimi, o, onlara ana diqqətini və hərarətini çatdıra bilib.
Onu “150 uşaq anası” adlandırırdılar. 1942-ci ildə isə Leninqraddan təxliyə edilən ilk uşaqlar Qırğızıstana gətirildi. Uşaqlara baxmaq qorxulu idi: aclıqdan şişmiş, nazik boyunları, qorxu dolu gözləri... Çoxları o qədər zəif idi ki, yeriyə bilmirdilər. Onlara çox yemək vermək olmazdı və Toktoqon şəxsən körpələrə süd verdi - saatda 2-3 çay qaşığı. Ac, kimsəsiz uşaqlara baxıb acizlikdən, yazıqdan ağlayaraq küçəyə qaçırdı, ... Sonra göz yaşlarını silib qayıdıb uşaqlara baxmağa davam edirdi.
Bu ANA-nın sayəsində mühasirədən sağ çıxan şəhərdən bir uşaq belə ölməyib. Bir ANA olaraq onları böyütdü və onlar sağ qaldılar. Üstəlik, hamısı oxuyub, necə deyərlər, ayağa qalxıblar. Bəziləri müharibədən sonra valideynləri və ya qohumları tərəfindən tapılaraq Leninqrada aparılıb, bəziləri üçün isə Qırğızıstan onların yeni “kiçik vətəni” olub...
O, hər il mayın 9-da Qələbə parkında ucaldılmış abidənin önündə respublikada yaşamaq üçün qalanlarla görüşürdü... Kənd sakinləri deyirdilər ki, bütün bu müddət ərzində mühasirədən sağ çıxan yetkin övladların məktubları bütün Rusiyadan, o vaxtdan isə bütün Rusiyadan Ona məktublar yazırdılar.
2015-ci ildə, 90 yaşında rəhmətə gedən Toktoqon Altıbasarova tarixdə ANA obrazı kimi düşən nadir insanlardan biridir.
Ruhu şad olsun.
Zaur Əliyev, tarixçi alim