“Sülh müqaviləsi Konstitusiyadan asılıdır” – Rasim Musabəyov

“Sülh müqaviləsi Konstitusiyadan asılıdır” – Rasim Musabəyov
14:28

“Sülh müqaviləsinin ratifikasiyası Ermənistan Konstitusiyasındakı ziddiyyətlərin aradan qaldırılmasından asılı olacaq”

News365.az xəbər verir ki, Milli Məclisin deputatı Rasim Musabəyov Ermənistanın yeni Konstitusiya planları və sülh müqaviləsinin gələcək taleyi ilə bağlı açıqlama verib.

Onun sözlərinə görə, Ermənistan baş naziri Nikol Paşinyan yeni Konstitusiyanın qəbulunu seçkilərdən sonrakı mərhələyə – 2026-cı ilə planlaşdırır:
“Paşinyanın əsas niyyəti Ermənistan Konstitusiyasında yer alan ərazi iddialarını aradan qaldırmaqdır. Əgər sülh müqaviləsi imzalanarsa, bu sənəd parlamentdə ratifikasiya olunacaq. Lakin əgər həmin müqavilə ilə mövcud Konstitusiya arasında ziddiyyət aşkar edilərsə, məsələ Konstitusiya Məhkəməsinə göndəriləcək və nəticədə referendum yolu ilə Konstitusiyanın dəyişdirilməsi gündəmə gələcək”.

Deputat qeyd edib ki, bu proses Azərbaycan üçün xüsusi əhəmiyyət daşıyır:
“Azərbaycan müqaviləni yalnız o halda ratifikasiya edəcək ki, Ermənistan Konstitusiyasında olan bütün ziddiyyətlər aradan qaldırılsın. Yəni sənəd imzalansa belə, onun qüvvəyə minməsi yalnız həmin hüquqi maneələrin aradan qalxmasından sonra mümkün olacaq”.

Rasim Musabəyov bildirib ki, hazırkı vəziyyət bu istiqamətdə inkişaf edir və yaxın dövrdə prosesin daha da aydınlaşacağı gözlənilir.


Sizin reklam burada
Sizin reklam burada