Finlandiya Prezidenti: ABŞ Trampın Rusiyaya qarşı səbrinin tükənməsini gözləyir

Finlandiya Prezidenti: ABŞ Trampın Rusiyaya qarşı səbrinin tükənməsini gözləyir
15:13

Finlandiya Prezidenti Aleksandr Stubb bildirib ki, Ukraynada müharibə fonunda ABŞ Prezidenti Donald Trampın Rusiyaya qarşı səbrinin sona çatacağına ümid edir.

News365.az xəbər verir ki, məlumat “Yle”yə istinadən yayımlanıb. Stubb Helsinkidə keçirilən mətbuat konfransında qeyd edib ki, Finlandiya və beynəlxalq ictimaiyyət Ukraynanın ərazi bütövlüyünü qoruması və öz gələcəyini müəyyənləşdirməsi üçün bütün mümkün addımları atacaq.

Prezident bildirib ki, Rusiya Prezidenti Vladimir Putini sülhə məcbur etmək yalnız Rusiyanın ticarət və hərbi sənayesinə dəstək verən ölkələrə qarşı tədbirlər görməklə mümkündür:
“Putini sülh imzalamağa inandıra biləcək şəxslər, çox güman ki, Qərbdə deyil, Şərqdədir”, – Stubb əlavə edib.

O, həmçinin vurğulayıb ki, Putinin Ukrayna ilə bağlı tələbləri əsasən danışıqlar taktikasıdır və praktik olaraq yerinə yetirilə bilməz.

Avqustun 25-də açıqlamasında Finlandiya Prezidenti bu məsələdə beynəlxalq təzyiqlərin vacibliyini qeyd edib və sülhə nail olmaq üçün ABŞ və digər tərəfdaş ölkələrin rolunu önəmli hesab edib.

News365.az 


Sizin reklam burada
Sizin reklam burada