Prezident İlham Əliyevin Qarabağ səfərləri dövlətçilik tariximiz üçün mühüm hadisədir
Politoloq Tural İsmayılov News365.az-a açıqlamasında bildirib ki, Prezident İlham Əliyev daim Qarabağdakı abadlıq və yenidənqurma prosesinə yerində nəzarət edir.
Onun sözlərinə görə, dövlət başçısının mütəmadi olaraq işğaldan azad edilmiş bölgələrə səfərləri böyük strateji və siyasi əhəmiyyət daşıyır.
“Prezident İlham Əliyev Qarabağ səfərləri zamanı həm mühüm infrastruktur layihələrinin açılışında iştirak edir, həm də yerli sakinlərlə görüşərək onların problemləri ilə maraqlanır. Bu, ölkə rəhbərinin həm Ali Baş Komandan, həm də xalqın içindən olan bir lider kimi nümunəsini ortaya qoyur. Azərbaycanın işğaldan azad edilmiş torpaqlarda qısa müddətdə sıfırdan həyata keçirdiyi quruculuq işləri dünya üçün örnək təşkil edir,” – deyə politoloq qeyd edib.
Tural İsmayılov əlavə edib ki, Prezidentin hər bir səfəri Azərbaycanın dövlətçilik tarixində mühüm mərhələ kimi qalır:
“Hər səfərdə yeni bir layihənin təməlqoyma mərasimi və ya açılışı baş tutur. Bu, dövlət iradəsinin və lider qətiyyətinin ölkənin necə sürətlə inkişaf etdiyinin göstəricisidir. Qarabağda aparılan quruculuq işləri, Prezidentin şəxsən nəzarəti və verdiyi siyasi mesajlar Azərbaycanın gələcəyi üçün qızıl səhifələrdən birini təşkil edir.”