Milli ideologiyaya təhdidlər - Dezinformasiya, diskriminasiya və dini sektalar – VİDEO

Milli ideologiyaya təhdidlər - Dezinformasiya, diskriminasiya və dini sektalar – VİDEO
13:36

"Jurnalist Təşəbbüslərinin Təşviqi" İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirdiyi "Milli ideologiyaya yönəlik təxribatlar əleyhinə fəaliyyətin təşviqi" layihəsi çərçivəsində internet televiziyasında sonuncu verilişini təqdim edir.

Jurnalist Zahid Nurəliyevin aparıcısı olduğu verilişin budəfəki qonaqları Milli Məclisin deputatı, "Sağlamlığa Xidmət" İctimai Birliyinin icraçı direktoru, Milli QHT Forumunun idarə heyətinin, Qərbi Azərbaycan İcmasının Qadınlar Şurasının və COP29 Təşkilat Komitəsinin üzvü Pərvanə Vəliyeva və ilahiyyatçı Tural İrfandır.

Pərvanə Vəliyeva: "Milli ideologiya xalqın birliyi, dövlətin gücü və ölkənin gələcək inkişafını şərtləndirən dayaqlardan biridir. Dəyərlərimiz, tarixi yaddaşımız, hədəflərimiz milli ideologiyamızı yaradır. Azərbaycanın milli ideologiyasının əsaslarını müstəqillik, dövlətçilik, sosial həmrəylik, humanitar addımlar təşkil edir. Ulu öndər Heydər Əliyev ikinci dəfə hakimiyyətə gələndə ölkədəki xaosun qarşısını alaraq dövlətçilik ideologiyasının, azərbaycançılıq məfkurəsinin əsasını qoydu. Bu məfkurə ilə böyüyən, formalaşan gənclik cənab İlham Əliyevin rəhbərliyi altında Qarabağı azad edərək ərazi bütövlüyümüzü təmin etdi".

Tural İrfan: "Müstəqilliyimizin ilk illərində yaranan siyasi və mənəvi boşluq müxtəlif dini təmayüllərin ölkəmizə ayaq açmasına səbəb oldu. Əhalinin düşdüyünü ağır sosial durumdan istifadə edən xarici ölkələr humanitar yardımlar adı altında öz ideologiyalarını da burada yaymağa çalışırdılar. Bəzi dini sektaların təbliğ etdiyiyi ideyalar milli ideologiyamıza zidd və zərərli idi. Sonradan dövlətimiz gücləndikcə qeyri-ənənəvi dini təriqətlərin ölkəmizdə genişlənməsinin qarşısı alındı. Amma onların təsirləri, nəticələri hələ də müxtəlif formalarda qalmaqdadır. Vicdan və dini azadlıqların verdiyi imkanlardan istifadə edən qüvvələr özlərinin zərərli ideologiyalarını gənclərə sırımaqla məşğuldurlar. Təəssüf ki, onların yalanlarına inananlar, toruna düşənlər var”.

Verilişdə səsləndirilən fikirlərlə daha ətraflı aşağıdakı linkdən tanış ola bilərsiniz.


Sizin reklam burada
Sizin reklam burada