Dönərə qədər uşaqlar nə yeyirdi? - Həkimdən ETİRAZ

Dönərə qədər uşaqlar nə yeyirdi? - Həkimdən ETİRAZ
15:40

Şəmkirdə zəhərlənmə şübhəsilə 24 nəfər (9-u kişi, 15-i qadın) Şəmkir Rayon Mərkəzi Xəstəxanasının Təcili yardım şöbəsinə hospitalizasiya olunub.

Bu barədə News365.az-ın sorğusuna cavab olaraq TƏBİB-dən məlumat verilib.

Bildirilib ki, onlardan 14-ü azyaşlıdır.

Müraciət edənlərin hər birinə zəruri tibbi xidmət göstərilib. Vəziyyətləri qənaətbəxş qiymətləndirilən şəxslər ambulator müalicə üçün evə buraxılıb.

Mövzu ilə bağlı News365.az -a danışan pediatr Vaqif Qarayev deyir ki, 20 nəfər dönərdən zəhərlənməsi normal hadisə deyil:

“On anadan doqquzu uşağının yeməyindən şikayətçidir.  Yemir uşaqlar. Nəyi çox sevirlər? Makaronu, dönəri, pizzanı, abur-cuburu.

Əslində uşaqlarda günah yoxdur....vaxtında normal qidalara öyrətməyiblər...ona görə yaş artdıqca uşaqlar düzgün və keyfiyyətli qidalanmır. Dönər verməsək nə olar? Dönər buralara gəlib çatmamış nə yeyirdi uşaqlar?

Hələ pizzanı demirəm...hələ Fast-food məhsullarını demirəm...

Həkimdən, aptekdən vitamin tələb etməkdənsə, yaşına uyğun düzgün qidanmalıdır uşaqlar”.

News365.az  


Sizin reklam burada
Sizin reklam burada