"Ermənistan media azadlığını bölgədə sülhü pozacaq vasitəyə çevirməməlidir" Deputat

"Ermənistan media azadlığını bölgədə sülhü pozacaq vasitəyə çevirməməlidir" Deputat
15:59

Ermənistan media azadlığını bölgədə sülhü pozacaq vasitəyə çevirməməlidir

Milli Məclisin deputatı Bəhruz Məhərrəmov News365.az-a açıqlamasında bildirib ki, Ermənistanla Azərbaycan arasında delimitasiya və demarkasiya prosesləri davam edir və bu, asan proses olmasa da, tərəflər müəyyən irəliləyişlər əldə edir.

Deputat qeyd edib ki, bəzi Ermənistan teleqram kanalları və media mənbələri yanlış məlumat yayaraq sanki Azərbaycanın ərazilərini itirdiyi təəssüratı yaradır:

“Ermənistan Azərbaycana ərazi vermir. Bizim söhbətimiz işğaldan azad edilmiş və Azərbaycan ərazisi olan torpaqlardan gedir. Vaşinqton bəyannaməsində tərəflər qarşılıqlı düşmənçilikdən və qisasçılıqdan çəkinməyə öhdəlik götürüblər. Ermənistan media azadlığını bölgədə sülh və sabitliyi pozacaq vasitəyə çevirməməlidir,” – deyə Məhərrəmov vurğulayıb.

O əlavə edib ki, delimitasiya prosesində Rusiya və İranla da əməkdaşlıq davam edir və tərəflər bölgədə ehtiyat mühitinin yaradılması istiqamətində çalışırlar.


Sizin reklam burada
Sizin reklam burada