Qırğızıstanda 4,1 bal gücündə zəlzələ qeydə alınıb

Qırğızıstanda 4,1 bal gücündə zəlzələ qeydə alınıb
26 Avq 2025 15:17

Qırğızıstanda 4,1 maqnitudalı zəlzələ baş verib.

News365.az xəbər verir ki, məlumat Özbəkistan Fövqəladə Hallar Nazirliyinin Seysmoproqnoz Monitorinq Mərkəzindən götürülüb. Zəlzələnin ocağı 10 kilometr dərinlikdə yerləşib və episentri Botken şəhəri yaxınlığında olub.

Ölkə hüdudlarından kənarda, Özbəkistanın Fərqanə vilayətində bir sıra yaşayış məntəqələrində də yeraltı təkanlar hiss olunub.



Sizin reklam burada
Sizin reklam burada