Müğənni Seda Sayan sosial şəbəkədə paylaşdığı videoda öz adından istifadə edilərək insanlardan pul istənildiyini bildirib və izləyicilərinə diqqətli olmaları üçün çağırış edib.
News365.az xəbər verir ki, Sayan, son günlər bir çox yaxınlarının bu üsulla aldadılmaq istəndiyini vurğulayıb. O, son hadisədə yaxın dostu Doğanın adından istifadə edildiyini və 35 min lirə pulunun alındığını açıqlayıb.
“Son zamanlarda mənim adımla dələduzluq edirlər. Hətta həkimimi belə aldatmağa çalışıblar. Allahdan tez xəbər tutdu. İndi isə çox sevdiyim qardaşımdan 35 min lirə alıblar,” – deyə Sayan bildirib.
Müğənni izləyicilərinə səslənərək belə deyib: “Ünlülərin adından istifadə edib pul istəyənlərə əsla inanmayın. Pul göndərməzdən əvvəl mütləq təsdiq edin. Xahiş edirəm, bu tələlərə düşməyin.”