Ölüyə aş və halva ilə rəhmət qazandırmaq olmaz - Tural İrfan yazır

Ölüyə aş və halva ilə rəhmət qazandırmaq olmaz - Tural İrfan yazır
15:27
Dəbdəbəli yas məclisləri keçirənlər anlamalıdır ki, bu ənənə gec-tez tam ləğv olunacaq. Odur ki, vaxtında özləri yığışdırmalıdırlar. El ağsaqqalları yığışıb qərar verərək ləğv etdiyi rayonlarımız buna nümunə olmalıdır.
Əgər bir şeyə ki, dövlətin, dinin münasibəti mənfidir, onu dayandırmaq lazımdır. Oturub gözləmək lazım ki, sərt tədbirlər görülsün. Uzun müddətdir ki, izah edildi, maarifləndirmə aparıldı, təbliğat işləri görüldü və anladıldı ki, sözü gedən ənənə yanlış və zərərlidir. Dirəniş göstərmək, hoqq çıxarmaq lazım deyil. Onu anlamaq lazımdır ki, dəbdəbəli, israfçı, dinə uyğun olmayan bu məclislər əhalinin özünə ziyandır. Həzrət Muhəmməd Peyğəmbər vəfat edəndə Mədinə məscidində ehsan süfrələri açıb camaata halva verməyiblər. Həzrət Əli şəhid olanda Kufədə çadır qurub bozartma qazanları asmayıblar. İmam Həsən vəfat edəndə plov dəmləməyiblər...
Qarını dindən qabağa keçirməyi tərgitmək lazımdır. Ölüyə aş və halva ilə rəhmət qazandırmaq olmaz. Canı yanan, ürəyindən gələn aş və halva yemədən də gəlib rəhmət oxuyub dəstək olacaq. O kəs ki, yasda yemək müqabilində cənazənin qulpundan yapışır, eləsinin heç əməli keçərli deyil. Yas mərasimlərini alverə, aşxanaya çevirmək olmaz. Heç bir ölkədə adam vəfat etdiyinə görə qonaqlıq verilmir. Ehsana qaldıqda bir fincan şərbət də ehsandır, bir dolça su da. Bəs nə düşüb ki, aş, halva, bozbaş qazanları asılır? Bunlar tamamilə dinin əleyhinədir. Ölkənin bütün yerlərində ləğv edilməsi vacibdir.
Tural Irfan, dinşünas

Sizin reklam burada
Sizin reklam burada