Minsk Qrupu LƏĞV EDİLİR: Bu tarixdə…

Minsk Qrupu LƏĞV EDİLİR: Bu tarixdə…
15:40

ATƏT-in Minsk Qrupu və əlaqədar strukturlarının bağlanması ilə bağlı müraciət ATƏT ölkələri arasında yayılıb

News365.az xəbər verir ki, bunu Nazirlər Kabinetində keçirilən Prezident İlham Əliyevin Vaşinqton səfərinə həsr olunmuş xüsusi iclasda xarici işlər naziri Ceyhun Bayramov deyib.

O qeyd edib ki, 1 sentyabrda qərarın qəbulu gözlənilir.

Xatırladaq ki, avqustun 8-i keçirilən Vaşinqton görüşü zamanı Azərbaycan və Ermənistan liderləri  ABŞ Prezidentinin şahidliyi ilə ATƏT Minsk Qrupunun və əlaqədar strukturların buraxılması ilə bağlı qərar qəbul edib. Azərbaycan Xarici İşlər Nazirliyi artıq iki ölkənin ATƏT katibliyinə birgə müraciət etdiyi barədə ictimaiyyətə məlumat verib.

ATƏT-dən isə bildirilib ki, qurumun fəaliyyətdə olan sədri kimi Finlandiya Minsk prosesi və əlaqəli strukturların bağlanması ilə bağlı birgə müraciətinə cavab olaraq iştirakçı dövlətlərlə müzakirələrə rəhbərlik edəcək.

Prezident İlham Əliyev ötən gün Kəlbəcər şəhər sakinləri ilə görüşdə də Minsk Qrupu ilə bağlı məsələyə toxunub.

“Biz istədiyimizə nail olmuşuq, mənfur Minsk qrupu artıq son günlərini yaşayır. Faktiki olaraq o, heç bir fəaliyyət göstərmirdi və göstərə də bilməzdi. Ancaq hüquqi cəhətdən mövcud idi, indi onun da sonu yaxınlaşır”, - Dövlət başçısı vurğulayıb.


Sizin reklam burada
Sizin reklam burada