Rusiya Durovu beynəlxalq axtarışa verdi

Rusiya Durovu beynəlxalq axtarışa verdi
13:27

Rusiya hakimiyyəti Telegram platformasının təsisçisi və baş icraçı direktoru Pavel Durov barəsində beynəlxalq axtarış elan edib.

News365.az xarici mediaya istinadən xəbər verir ki, Rusiya Federal Təhlükəsizlik Xidməti (FSB) Durovun “terror fəaliyyətinə yardım” ittihamı ilə axtarıldığını açıqlayıb.

FSB-nin yaydığı bəyanatda bildirilir ki, Telegram rəhbərliyi Rusiyada terror və təxribat xarakterli fəaliyyətlərin əlaqələndirilməsi üçün istifadə olunduğu iddia edilən kanal və botları platformadan silməyib.

Məhz bu səbəbdən Pavel Durov barəsində beynəlxalq axtarış qərarı çıxarıldığı qeyd olunub.


Sizin reklam burada
Sizin reklam burada