Tanınmış aparıcının oğlundan beynəlxalq uğur: Qızıl medal qazandı!

Tanınmış aparıcının oğlundan beynəlxalq uğur: Qızıl medal qazandı!
22:25

Azərbaycanlı şagird beynəlxalq olimpiadada ölkəmizi layiqincə təmsil edərək növbəti böyük uğura imza atıb.

News365.az xəbər verir ki, Ramal Basqallı Türkiyə, Azərbaycan, Albaniya, Bolqarıstan, Hindistan, Kosovo, Filippin, Qazaxıstan, Qırğızıstan, Rusiya, Özbəkistan, Tacikistan və Türkmənistan daxil olmaqla, ümumilikdə 13 ölkədən 400-ə yaxın şagirdin final mərhələsinə vəsiqə qazandığı “Türk Dünyası Beynəlxalq Riyaziyyat Olimpiadası — TİMO 2026”-da yüksək nəticə göstərib. Gərgin bilik mübarizəsində rəqiblərini geridə qoyan məktəblimiz olimpiadanın qızıl medalına sahib olub.

Qeyd edək ki, beynəlxalq səviyyədə ölkəmizin adını ucaldan Ramal Basqallı tanınmış aparıcı Elvin Basqallının oğludur.


Sizin reklam burada
Sizin reklam burada