“Baku Electronics” səkini zəbt edir, Abşeron rayon İcra Hakimiyyəti isə problemə göz yumur- YENİLƏNDİ

“Baku Electronics” səkini zəbt edir, Abşeron rayon İcra Hakimiyyəti isə problemə göz yumur- YENİLƏNDİ
17:07

'Baku Electronics'dən növbəti şikayət var. Bu dəfə şirkətin piyada yolunu kəsməsindən şikayət edirlər. Şikayətçilərsə Xırdalan şəhər sakinləridir.

Sakinlər tərəfindən News365.az-a daxil olan şikayətdə bildirilir ki, piyadaların sərbəst hərəkət hüququ Xırdalan şəhərində yerləşən 'Baku Electronics' mağazası tərəfindən pozulub.

Belə ki, mağaza piyada yolunu açıq-aşkar zəbt edib. Üstəlik  səkinin tam ortasında əlavə pilləkən inşa edilir. 

Şikayətçilər iddia edir ki, yeni inşa edilən beton konstruksiya səkinin az qala tən yarısını kəsir. Ətrafa səpələnmiş tikinti materialları, daşlar və taxta qırıntıları piyadaların onsuz da daralan yolunu tamamilə keçilməz edib. Nəticədə insanlar park edilmiş avtomobillərlə bu beton maneə arasında qalan dar və təhlükəli cığırdan keçmək qalır.

Məsələ ilə bağlı Abşeron rayon İcra Hakimiyyətinin və 'Baku Electronics'in mövqeyini öyrənməyə çalışacağıq. 

Ona görə də mözunu açıq saxlayırıq.

***

Məsələ ilə bağlı Abşeron rayon İcra hakimiyyətinə sorğu ünvanladıq. Sorğumuza cavab olaraq bildirildi ki, Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 240 ünvanında mövcud qeyri-yaşayış sahəsinə və zirzəmi sahəsinə pilləkən qəfəsinin quraşdırılması ilə bağlı müraciət əsasında  əraziyə baxış keçirilmişdir. Baxış zamanı müəyyən edilmişdir ki, sözügedən ünvanında şəxsi mülkiyyətdə olan torpaq sahəsində yerləşən mövcud yaşayış binasının birinci mərtəbəsindəki qeyri-yaşayış və zirzəmi sahələrinə giriş üçün mövcud olan xarici pilləkən qəfəsinin quraşdırılmasına cəhdlər olunmuşdur. Vətəndaşa bununla bağlı aidiyyəti qurumlarla qanunvericiliyə uyğun qaydada razılaşdırılmaqla yenidən qurulmasınının mümkün olduğu bildirilmişdir.

News365.az


Sizin reklam burada
Sizin reklam burada