Tailanddakı dəhşətli qəzanın - Görüntüləri-VİDEO

Tailanddakı dəhşətli qəzanın - Görüntüləri-VİDEO
12:15

Tailandda 11 yaşlı uşağın avtomobillə törətdiyi ağır yol-nəqliyyat hadisəsi nəticəsində ölənlərin sayı 10 nəfərə çatıb.  

Sosial şəbəkələrdə Tailandın Mukdahan bölgəsində baş verən həmin hadisənin görüntüləri yayımlanıb. 

Görüntülərdə 11 yaşlı uşağın yüksək sürətlə idarə etdiyi avtomobilin buddist rahiblərdən ibarət zəvvar qrupuna çırpılması əks olunub. 

Xatırladaq ki, daha əvvəl yayılan məlumatda 9 nəfərin həlak olduğu, daha 13 nəfərin xəsarət aldığı bildirilirdi. Avtomobilin çırpıldığı zəvvar qrupunun həmin vaxt Ubonratçatxani əyalətinə təxminən 260 kilometr məsafəni piyada qət etdiyi qeyd olunub. 

Videoda həssas görüntülər əks olunub. Ürəyi zəif olanların baxmaması tövsiyə olunur. 


Sizin reklam burada
Sizin reklam burada