Bu gecə yağan leysan yağışlarından sonra Dağıstana yenidən sel gəlib, Mahaçqalada küçələri su basıb.
Yerli medianın yaydığı xəbərə görə, yağış suları üçün nəzərdə tutulan drenaj sistemi işinin öhdəsindən gələ bilməyib, su evlərə və yollara dolub.
Kanalizasiya xətləri, həyətlər və avtomobil yolları su altında qalıb. Uşaq bağçasının bir hissəsini su yuyub aparıb.
Qeyd edək ki, daşqınlar 28 martdan bəri davam edir. Həmin vaxt 60 min insan işıqsız qalıb, 14 rayon elektrik enerjisindən məhrum olub. İnsanlar qayıqlarla təxliyə edilib.