Tramp: “İranda xüsusi əməliyyat keçirdik, yaralı pilotumuz ərazidən götürüldü”

Tramp: “İranda xüsusi əməliyyat keçirdik, yaralı pilotumuz ərazidən götürüldü”
09:24

ABŞ prezidenti Donald Tramp İranda vurulan F-15E qırıcısının ikinci ekipaj üzvünün uğurla xilas edildiyini təsdiqləyib.

Bu barədə o, "Truth Social" hesabında yazıb.

“Biz onu xilas etdik! ABŞ Silahlı Qüvvələri son saatlarda tariximizin ən cəsarətli axtarış-xilasetmə əməliyyatlarından birini həyata keçirdi. Mən böyük məmnuniyyətlə bildirirəm ki, o sağdır”, – deyə Tramp qeyd edib.

ABŞ lideri əlavə edib ki, pilot yaralansa da, onun vəziyyəti stabildir və tezliklə sağalacağı gözlənilir.


Sizin reklam burada
Sizin reklam burada