İsrail ordusu İranda neft-kimya kompleksinə zərbə endirib

İsrail ordusu İranda neft-kimya kompleksinə zərbə endirib
04 Apr 2026 22:20

İsrail ordusu İranda strateji sənaye obyektlərinə zərbə endirildiyini təsdiqləyib.

News365.az xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələri məlumat yayıb.

Məlumata görə, hücum İranın cənubunda yerləşən və raket proqramı üçün istifadə olunduğu iddia edilən neft-kimya müəssisələrinə yönəlib.

Bu obyektlər ballistik raketlər üçün kritik materialların istehsalında iştirak edirdi.

İsrail tərəfi qeyd edib ki, dəqiq zərbələr nəticəsində həmin müəssisələrdə kimyəvi materialların istehsalı tam dayandırılıb.

Həmçinin bildirilib ki, zərbələr İran iqtisadiyyatına milyardlarla dollar ziyan vura və ölkənin hərbi-sənaye kompleksinin mühüm hissəsini iflic edə bilər.


Sizin reklam burada
Sizin reklam burada