Tramp: “İranın bu gecə bir neçə hərbi lideri öldürüldü” - VIDEO

Tramp: “İranın bu gecə bir neçə hərbi lideri öldürüldü” - VIDEO
10:43

ABŞ Prezidenti Donald Tramp Tehrana endirilən gecə zərbələrinin görüntülərini yayımlayıb və həmin hücum nəticəsində İranın bir sıra hərbi rəhbərlərinin öldürüldüyünü iddia edib. 

Bu barədə bir neçə media orqanı onun Truth Social platformasında yaydığı paylaşımına istinadən məlumat verib.
 

Tramp paylaşımında bildirib ki, “İranın ölkəni pis və ağılsız idarə edən bir çox hərbi lideri bu gecə Tehrana endirilmiş irimiqyaslı zərbə nəticəsində məhv edilib”. 


Onun yaydığı videoda paytaxt üzərinə endirilən gecə hücumlarının görüntüləri əks olunub.

Hazırda bu iddianın miqyası və konkret hansı şəxslərin hədəfə alındığı barədə müstəqil, tam təsdiqlənmiş siyahı açıqlanmayıb. 


Sizin reklam burada
Sizin reklam burada