Xocalı qatili gorbagor oldu

Xocalı qatili gorbagor oldu
11:17

Erməni terrorunun məşhur ideoloqlarından biri Zori Balayan ölüb.

Bu barədə məlumatı onun oğlu Hayk Balayan yayıb.

Xatırladaq ki, o, 80-ci illərin əvvəllərində yazdığı “Ocaq” əsərində tarixi təhrif edərək, Qarabağın guya erməni torpağı olduğunu iddia edib. Həmçinin, kitabda türkləri və azərbaycanlıları həm Rusiyanın, həm də Ermənistanın düşməni elan edib. 

Z.Balayan həm də Xocalı soyqırımının təşəbbüskarlarındandır.

1988-ci ildə Zori Balayan digər erməni ideoloqu Silva Kaputikyanla birgə Moskvada SSRİ prezidenti Mixail Qorbaçovla görüşərək, ondan “Qarabağ məsələsini” Ermənistanın xeyrinə həll etməyi istəmişdi.
 

Zori Balayan 1994-cü ildə Bakı metrosunda törədilmiş qanlı terrorun sifarişçisi kimi də tanınırdı. Bununla əlaqədar Zori Balayana Azərbaycanda cinayət işi açılmışdı.


2005-ci ilin may ayında Zori Balayan İnterpol tərəfindən İtaliyada beynəlxalq axtarışda olan şəxs kimi saxlanıldıqdan 4 saat sonra sərbəst buraxılmışdı.


Sizin reklam burada
Sizin reklam burada