Naməlum şəxs avtomobili izdihamın üzərinə sürdü - 15 yaralı var

Naməlum şəxs avtomobili izdihamın üzərinə sürdü - 15 yaralı var
09:16

ABŞ-da keçirilən bayram tədbiri zamanı insident baş verib.

Bu barədə informasiyanı Reuters yerli xidmətlərə istinadən  yayıb.

Məlumata görə, Luiziana ştatında Laos Yeni ili münasibətilə təşkil olunan festival yaxınlığında avtomobil insanların üzərinə sürülüb.

İnsident nəticəsində 15 nəfər xəsarət alıb, onlardan 13-ü xəstəxanaya yerləşdirilib.

Hadisəni törədən şəxs saxlanılıb, lakin onun motivi hələlik müəyyən edilməyib.


Sizin reklam burada
Sizin reklam burada