“Mingəçevir Dövlət Universiteti” publik hüquqi şəxsi kompüter və İKT avadanlıqlarının satın alınması ilə bağlı tender elan edib.
News365.az xəbər verir ki, bu layihə üçün ehtimal olunan qiyməti 989.123,40 AZN məbləğində müəyyən edib.
Təhsil ocağının texnoloji bazasının yenilənməsi müsbət addım kimi görünsə də, satınalma üçün ayrılan vəsaitin 1 milyon manata yaxın olması universitetin resurslarının idarə olunmasında şəffaflıq və səmərəlilik suallarını gündəmə gətirir. Xüsusilə regional ali təhsil müəssisəsinin texniki təchizat xərclərinin bu qədər yüksək ehtimal edilməsi, büdcə vəsaitlərinin nə dərəcədə qənaətlə xərclənəcəyi və alınacaq avadanlıqların real bazar dəyərinə uyğunluğu məsələsində diqqətli monitorinqə ehtiyac olduğunu göstərir. Hazırda satınalma prosesi davam edir.
Qeyd edək ki, Mingəçevir Dövlət Universitetinin rektoru Anar Eminovdur. 32gun.az