Susmağımız əsla acizliyimizdən deyil... - Tural İrfan yazır

Susmağımız əsla acizliyimizdən deyil... - Tural İrfan yazır
09:22
Tutduğum mövqeyə, yazdığım yazılara görə əsasən son üç ildə daha aktiv fazada şəxsimə qarşı İran agentlərinin apardığı təbliğat, mənəvi, sosial işgəncə və təziqlər latent üsullarla gündən günə güclənməkdədir.
Dövlətimizi dəstəklədiyimiz üçün bu müddət ərzində xainlərin başımıza gətirdiklərinin cəzası mütləq veriləcək. Müxtəlif yollarla, müxtəlif üsullarla, təhdid, təziq, təxribatlara çəkməklə, böhtanlara məruz qoymaqla, hətta bezdirib çalışdığım yerdən çıxmağa vadar etməklə ilahiyyatçı kimliyimi məhv etmək istəyirlər ki, yerimizi Qum agenturası tutsun.
İlahiyyatçılığı, dinşünaslığı bir çoxları kimi əsla maddi qazanc alətinə, şan-şöhrət mənbəyinə çevirmədim. Biliyimi, təcrübəmi yalnız və yalnız dövlətim üçün sərf etdim və edirəm. Mövqeyim budur ki, əgər dövlət yoxdursa din də yoxdur, məscid də yoxdur, kilsə də sinaqoq da. Ona görə hər şeydən öncə dövləti müqəddəs bilməliyik. Təbliğatımı, fəaliyyətimi də bu istiqamətdə qurmuşam. Ancaq bu, bəzilərini narahat edir, bizi sıradan çıxarmaqda qərarlıdırlar.
Susmağımız əsla acizliyimizdən deyil...
Hətta yazılarımızı baykot etmək tapşırığı veriblər. Ən yaxınlarımızda olanlar belə yazılarımızı bəyənməyə "qorxurlar"!
Tural İrfan, politoloq

Sizin reklam burada
Sizin reklam burada