Şimali Atlantika Alyansının (NATO) baş katibi Mark Rutte Kiyevdə Prezident Vladimir Zelenski ilə birgə keçirdiyi mətbuat konfransında bildirib ki, ABŞ və Macarıstan Ukraynanın alyansa üzvlüyünü tamamilə istisna edirlər.
News365.az xəbər verir ki, Rutte əlavə edib ki, NATO buna baxmayaraq Ukrayna Silahlı Qüvvələrinin alyansla “maksimum uyğunluğunu” təmin etmək üçün bütün tədbirləri görəcək.
Baş katib qeyd edib ki, bu proses USV-nin silahlandırılması, təşkilatlanması və hazırlıq səviyyəsinin artırılması ilə bağlıdır.
Rutte bildirib:
“ABŞ və Macarıstan da daxil olmaqla bir neçə NATO dövləti deyir: üzvlük məsələsi indi deyil, bəlkə də heç vaxt. Amma NATO Ukrayna qüvvələrinin alyansla maksimum uyğunluğunu təmin etmək üçün hər şeyi edəcək”.
News365.az