BMT Qəzzada qıtlıq elan etdi

BMT Qəzzada qıtlıq elan etdi
17:01

Birləşmiş Millətlər Təşkilatı (BMT) Qəzza Səhrasında davam edən toqquşmalar, blokada və humanitar yardımın əngəllənməsi səbəbindən bölgədə rəsmi olaraq qıtlıq vəziyyəti elan edib.

News365.az xəbər verir ki, İsrail Müdafiə Nazirliyi isə Qəzzanın əsas ərzaq məhsulları ilə təmin olunduğunu iddia edib.

Məlumata görə, İsrailin hücumları və blokada səbəbindən yüz minlərlə insan aclıqla üzləşib, xüsusilə uşaqlar ciddi qida çatışmazlığı və xəstəlik riski ilə qarşı-qarşıyadır.

BMT Baş Katibi Antonio Quterres vəziyyəti insan tərəfindən yaradılmış fəlakət adlandıraraq, “Bu vəziyyətin cəzasız davam etməsinə icazə verə bilmərik” deyib.

BMT İnsan Hüquqları üzrə Ali Komissarı Volker Türk isə “Qəzzanı aclığa məhkum etmək müharibə cinayəti sayılır” ifadəsini işlədib.

News365.az


Sizin reklam burada
Sizin reklam burada