Məşhur müğənni Ebru Gündeşin həyat yoldaşı, iş adamı Murat Özdemir polis tərəfindən saxlanılıb.
News365.az xəbər verir ki, jurnalist Emrullah Erdinç hadisə barədə məlumatı sosial media hesabında yayıb.
Məlumata görə, Murat Özdemir dünən Acarkentdəki villasından Mütəşəkkil Cinayətkarlıqla Mübarizə idarəsinin əməkdaşları tərəfindən aparılıb. O, Selahattin Yılmazın rəhbərlik etdiyi “cinayətkar dəstəyə üzv olmaq”da və təşkilatın göstərişi ilə sənaye bölgələrini qanunsuz olaraq ələ keçirməkdə ittiham olunur.
Xatırladaq ki, Ebru Gündeşin keçmiş həyat yoldaşı Rza Zarrab isə 2016-cı ildə ABŞ-da bank dələduzluğu və çirkli pulların yuyulması ittihamları ilə həbs edilmiş, daha sonra etirafçı qismində ifadə vermişdi.
News365.az