İstanbul Böyükşəhər Bələdiyyəsinə (İBB) qarşı aparılan korrupsiya istintaqında mühüm inkişaf yaşanıb.
News365.az xəbər verir ki, cinayətkar dəstənin lideri olduğu iddia edilən Aziz İhsan Aktaş əvvəlcə həbs edilmiş, sonra “etkin peşmanlıq” müddəalarından faydalanaraq ev həbsinə buraxılmışdı. Lakin hazırda onun ev həbsinə dair qərar ləğv edilib.
Soruşturma çərçivəsində, “etkin peşmanlıq” müddəasından yararlanaraq məskəni tərk etməmə növündə məhkəmə nəzarətinə məhkum edilən İBB Prezident Məsləhətçisi Ertan Yıldızın da ev həbsinə dair qərarı ləğv edilib.
Xatırladaq ki, Beşiktaş Bələdiyyə Başkanı Rıza Akpolat və Esenyurt Bələdiyyə Başkanı Ahmet Özerin həbsinə səbəb olan “Aziz İhsan Aktaş Cinayətkar Dəstəsi” işi çərçivəsində bir sıra digər şəxslər də istintaqa cəlb olunmuşdu.
News365.az