“Alyaska görüşündən sonra Rusiyanın Azərbaycana münasibətində fəallaşma hiss olunur”
Politoloq Aydın Quliyev News365.az-a açıqlamasında bildirib ki, ABŞ sabiq prezidenti Donald Tramp ilə keçirilən Alyaska görüşündən sonra Rusiyanın həm Azərbaycana, həm də Ukraynaya münasibətində müəyyən dəyişikliklər müşahidə olunur.
Onun sözlərinə görə, Moskvanın fəaliyyətində fəallaşma və müəyyən qədər aqressivləşmə nəzərə çarpır:
“Bu vəziyyəti birbaşa Trampın görüşü ilə bağlamaq istəməzdim. Deməzdim ki, Putin görüşdən ilhamlanıb və ya Tramp ona xüsusi dəstək verib. Amma görüntü belədir ki, məhz Alyaska görüşündən sonra Rusiyanın Azərbaycana münasibətdə atdığı addımlar müəyyən suallar doğurur. Rusiya özünü qalib kimi hiss edir və bu, onun davranışlarında da əksini tapır”.
Quliyev əlavə edib ki, Moskva Ukraynanın gələcək siyasi strategiyası, işğal olunmuş ərazilərin taleyi, NATO və Avropa İttifaqına inteqrasiya məsələləri, eləcə də rus dilinin statusu ilə bağlı mövqelərində əvvəlkindən daha sərt davranır.
News365.az