"O yerdə ki, peyğəmbərə hörmət yoxdur..." - Tural İrfan yazır
Cəmiyyət
12:43
Bəzən deyirlər, peyğəmbərlər niyə ən çox ərəblərə, yəhudilərə gəlib. Başqa qövmlərə niyə peyğəmbər gəlməyib? Heç görmüsünüz sakit, normal, stabil yaşayış olan yerə tez - tez sahə müvəkkili gəlsin? Məlumdur ki, sahə müvəkkili tez - tez o yerə gəlməli olur ki, orada dava - dalaş, narahatlıq, problemlər var. Peyğəmbər də o yerə, o qövmə göndərilir ki, orada azğınlıq var.
Bəzən türk millətinə də qondarma peyğəmbərlər uydurmaq istəyirlər. Nə bilim Zərdüşt guya peyğəmbər olub, özü də türk olub. Yox, Dədə Qorqud da peyğəmbərdir yaxud İbrahim kürddür və sair. Elə zənn edirlər ki, bir qövmə peyğəmbərin gəlməsi yaxşı şeydir. Əksinə o qövmə ki, peyğəmbərlər gəlməyib, demək həmişə düz yolda olublar. Ehtiyac olmayıb. Allaha inanıb, vicdanı, insafı qoruyublar. Kürdə, türkə peyğəmbər gəlməyib, çünki ədaləti, humanizmi həmişə ayaqda saxlayıblar, mərd olublar.
Peyğəmbərə, kitaba ehtiyacı olanlar o boyda peyğəmbərlər gəlməsinə baxmayaraq hələ də bir-birini qırırlar. O yerdə ki, peyğəmbərə hörmət yoxdur, ora Allah özü də gəlsəydi fayda verməzdi... Özləri bilər.