Bu gün Azərbaycanın Şuşa və Türkiyənin Trabzon şəhərləri qardaşlaşdı.
News365.az məlumat verir ki, bunu Şuşa rayonunda Prezidentin xüsusi nümayəndəsi Aydın Kərimov Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində Azərbaycan pavilyonunda "Münaqişədən sonra şəhərsalma: Məhv edilmiş kimliyin bərpası və inteqrasiya olunmuş gələcəyin yenidən qurulması" mövzusunda təşkil olunan tədbirdə deyib.
Onun sözlərinə görə, bununla da Şuşa ilə qardaşlaşan şəhərlərin sayı 10-a çatacaq.