Ermənistanda baş nazir Nikol Paşinyana qarşı etirazlar artmaqdadır. Cəmiyyətin revanşist və radikal düşüncəli kəsimi müxtəlif üsullarla iqtidarın yürütdüyü xarici siyasəti qəbul etmədiyini nümayiş etdirir, yenidən Qarabağ arzusuna düşür.
İnsanların əksəriyyəti ölkədə yaranmış ağır sosial-iqtisadi vəziyyətdən də cana yığıldığını gizlətmir. Bu da azmış kimi, xalq get-gedə"demokratik" rəhbərin əvvəlki qaniçən Qarabağ klanından fərqlənməməsini daha çox müşahidə edir. Buna misal olaraq yerli media onun əvvəlki kimi xalqın arasında görünməməsi, ilbəil artan xüsusi mühafizə və yolların uzun müddətli bağlanması ilə hərəkət etməsini göstərir.
Bu gün Ermənistan mətbuatı baş nazirə qarşı siqnal aksiyasının baş verməsi barədə məlumat yayıb. Qeyd edilir ki, martın 15-də Arşakunyats prospektinin başlanğıcında dayanan avtomobil sürücüləri baş nazir Nikol Paşinyana etriaz əlaməti olaraq uzunmüddətli siqnallar veriblər. Onlar ölkə rəhbərinin kortejinin keçidi ilə əlaqədar olaraq yolda hərəkətin dayanmasından narazı qalıblar.
Tural