Suriyada ələvilərə qarşı qətliamların günahkarları cəzalandırılacaq

Suriyada ələvilərə qarşı qətliamların günahkarları cəzalandırılacaq
11:36

Suriya lideri Əhməd əş-Şəraa ələvi azlığına qarşı törədilən kütləvi qətliamların məsuliyyətini daşıyan şəxslərin sərt şəkildə cəzalandırılacağını vəd edib.

News365.az xəbər verir ki, bu bəyanat Suriya təhlükəsizlik qüvvələrinin yüzlərlə dinc ələvi sakinini qətlə yetirməkdə ittiham olunmasından sonra səsləndirilib.

“Bu kritik məqamda biz yeni bir təhlükə ilə üz-üzəyik — əvvəlki rejimin qalıqları və onların xarici tərəfdarları ölkəmizi vətəndaş müharibəsinə sürükləmək və aramızda nifaq yaratmaq istəyirlər. Məqsədləri bizi parçalamaq, birliyimizi və sabitliyimizi məhv etməkdir.

Biz bir daha bəyan edirik ki, dinc əhaliyə qarşı qan tökülməsində və ya xalqımıza zərər vurulmasında əli olan hər kəsi sərt və güzəştsiz şəkildə məsuliyyətə cəlb edəcəyik. Dövlət səlahiyyətlərini aşan və ya şəxsi məqsədlər üçün hakimiyyətdən istifadə edən şəxslər də cəzadan yayınmayacaq”, — deyə Əhməd əş-Şəraa Suriya dövlət televiziyasına verdiyi açıqlamada bildirib.

O eyni zamanda Bəşər Əsədə sadiq qüvvələrin tapılaraq zərərsizləşdiriləcəyini də vəd edib.



Sizin reklam burada
Sizin reklam burada