Nəsrəddin
Tusi adına Şamaxı Astrofizika Rəsədxanasından xəbər verilib ki. bu gün
geomaqnit qasırğası ehtimalı var. Gün ərzində geomaqnit sahəsinin intensivliyi
G1-G2 səviyyəsinədək yüksələ bilər.
"Yüksək Sürətli Tac Dəliyi Axınlarınının aktiv kosmik hava şəraitinin 12
martadək davam edəcəyi gözlənilir", - məlumatda qeyd edilib.
Qeyd
edək ki, geomaqnit qasırğası meteohəssas, yaşı 50-dan yuxarı olanlar və hər
hansı bir xəstəliyi olan insanlarda narahatlıq yarada bilər. Belə günlərdə
başağrısı, başgicəllənmə, ürəkbulanma, əzələ və oynaqlarda ağrı, eləcə də
yuxusuzluq halları baş verə bilər.
Geomaqnit qasırğasının sağlamlığa mənfi təsirini azaltmaq üçün telefon,
kompüter, planşet, televizor kimi əşyalardan minimum istifadə edilməlidir.
Məsələ ilə bağlı News365.az –a danışan həkim Rasif Bağırov
həmin günlərdə bəzi insanların səhhətlərinə qarşı çox diqqətli olmalarını vacib
hesab edir:
“Belə günlərdə müəyyən xroniki xəstəlik keçirmiş cavan adamlarda baş ağrıları
müşahidə olunur və belə hava əsasən 50 yaşdan yuxarı insanların səhhətinə mənfi
təsir göstərir.
Məsələn, qanında müəyyən yağların miqdarı yüksək olan, qanında qatılıq olan,
bir sözlə qan təzyiqindən əziyyət çəkən insanlara belə hava pis təsir edir.
Bu da özünü baş ağrıları, halsızlıq kimi simptomlarla göstərə bilər. Belə hava
hətta hipertoniyadan ciddi əziyyət çəkən insanların ölümünə belə səbəb ola bilər.
Ona görə də bu günlərdə 50 yaşından yuxarı və qan təzyiqindən əziyyət çəkən
insanlar bir qədər diqqətli olmalıdırlar”.
News365.az