"Dünya yeni bir nizam astanasındadır"- Bəkir Həsənbəyli

"Dünya yeni bir nizam astanasındadır"- Bəkir Həsənbəyli
13:58

"Baş verən bütün münaqişələr, bütün müharibələr, yəni prosesin inkişafı göstərir ki, bunların hər biri planlı və idarə olunmalıdır. Son hadisələrə nəzər saldıqda – istər Yaxın Şərqdə, istər Rusiya-Ukrayna münaqişəsində, istərsə də digər coğrafiyalarda baş verən bütün proseslər yeni dünya nizamının qurulmasına hesablanmış hadisələrdir."

Politoloq Bəkir Həsənbəyli bu sözləri News365.az-a açıqlamasında deyib. 

"Deyildiyi kimi, Trampın əvvəl sərt, daha sonra isə 180 dərəcə dəyişmiş ritorikası – bütün bunların hər biri əvvəlcədən hesablanmış və düşünülmüş addımlardır. Əvvəlcə onu qeyd etmək istəyirəm ki, bəzən Tramp haqqında belə fikirlər səsləndirilir ki, guya o, Rusiyanın xüsusi xidmət orqanlarının əməkdaşıdır. Bəzən onun adının əvvəlinə və ya sonuna müəyyən titul və ya əlavələr edilib, hətta keçmiş həyat yoluna müxtəlif əlavələr olunub. Bunların hamısı, belə desək, saxta xəbərlərdir və heç bir real əsası olmayan informasiyalardır.

Dünya yeni bir nizamın astanasındadır. Yəni, 45-ci ildən sonra, yəni təxminən 80 il əvvəl qurulan bu nizam sözsüz ki, bu gün yeni mərhələyə keçir. Niyə bu nizam yeni mərhələyə keçir? Məsələyə ilk növbədə bu baxımdan yanaşmaq lazımdır: çünki ABŞ başda olmaqla, Qərbin formalaşdırdığı və öz ətrafındakı dövlətlər üçün qurduğu bu nizamda müxtəlif təzyiq alətləri mövcuddur – iqtisadi təzyiqlər, dini təzyiqlər və s.

Diqqət etsəniz, hər bir istiqamətdə müəyyən təsir gücləri yaradılıb: Rusiya ilə Ukrayna artıq 3 ildir ki, müharibə vəziyyətindədir, Çinə qarşı iqtisadi müharibənin anonsu verilir, İran isə hədəf olaraq seçilib. Bütün bunlar əvvəlcədən planlaşdırılmış təsir gücləridir."


Sizin reklam burada
Sizin reklam burada