Suriyada başlayacaq müharibə bölgənin taleyini dəyişəcək- Tural İrfan yazır

Suriyada başlayacaq müharibə bölgənin taleyini dəyişəcək- Tural İrfan yazır
09:28
İsrail artıq Türkiyə ilə yanaşı Azərbaycanın da maraqlarına toxunmağa başlayıb. Suriya Prezidentinin ölkəmizə səfəri çərçivəsində razılaşdırılmış məsələlərin həyata keçirilməsini mümkünsüz edən proseslərə start verilib. Təbii ki, Suriyada sabitlik, stabillik olmasa ölkələrarası iqtisadi, ticari, mədəni əlaqələr və başqa sahələrdəki mübadilə təhlükə altına düşür. Bununla yanaşı xaos nəticəsində əvvəlki rejim dövründəki antitürk, anti Azərbaycan qüvvələr, terror təşkilatları yenidən başqa formalarda baş qaldıra bilər. Buna zəmin yaranır artıq.
Türkiyə üçün daimi təhlükə olaraq nəzərdə tutulmuş PKK-nın silahı yerə qoymasını, özünü ləğv etməsini İsrail həzm edə bilmədi, dərhal SDQ-ni və silahlı Druz icmasını Suriya hökuməti, DÖVLƏTİ əleyhinə hərəkətə keçirdi. Suveyda bölgəsində separatçı rejim qurmaqda iddialı olan İsrail, Druzların əli ilə Suriyanın bir məntəqəsində bayrağını da asıb.
Prezident Əhməd Hüseyn əl Şaraanın öldürülməsi üçün göstəriş verib. Prezident iqamətgahını və ordunun baş qərargah binasını bombalayıb.
Druzlar və bədəvilər arasında münaqişə yaradaraq 1000-ə yaxın şəxsin ölümünə səbəb olub. İcmalar, millətlər və məzhəblər arasında qırğın çıxarmaqla Suriyanı işğal etməyə əsas, bəhanə formalaşdırır.
Hər vəchlə İsrail Türkiyəni müharibəyə çəkir. Səbrli, təmkinli davranan Türkiyə İsrail üçün İran deyil. İşğallarına sərhəd tanımayan İsrail adamları öldürə bilər, amma əqidəni, prinsipi, ideologiyanı, inancı, Allahı öldürə bilməz. "Böyük İsrail", "vəd edilmiş torpaqlar" layihəsi üzrə hərəkət edən İsrail Türkiyə də daxil olmaqla 8-dən çox ölkəni tədricən işğal etməyi məqsəd qoyub.
Beynəlxalq Cinayət Məhkəməsi (ICC) İsrailin Baş naziri Benyamin Netanyahu və sabiq müdafiə naziri Yoav Qalantı Qəzzada mümkün hərbi cinayətlər törətməkdə ittiham edərək həbslərinə order verib. Bu faktın özü baş verənlərin nə dərəcədə dəhşətli olduğunu sübut edir.
Şübhəsiz ki, dinlərin tarixini, fəlsəfəsini, məqsədini bilməyən siyasilərdən fərqli olaraq bilirik ki, İsrailin hazırki sionizm ideologiyasına görə yəhudilərdən başqa millətlər heyvan, əşya, bitki kimi onların istifadəsi üçün yaradılıb və ona görə də bu insanları, hətta körpə uşaqları hansı formada öldürməkdə, doğramaqda, orqanlarını çıxarıb istifadə etməkdə heç bir qəbahət yoxdur. Bütün dünya da yalnız yəhudi xalqı üçün xəlq olunub. Əslində dünyanın bütün hər yeri ya onların əlində ya da təsir dairəsində olmalıdır. Nildən Fərata qədər olan ərazilərdə isə "böyük İsrail" qurulmalıdır. Xüsusən ərəbləri və müsəlmanları ilk növbədə bitirmək bir nömrəli planlarıdır. Bu məsələdə həmişə İranla həmrəy olublar, eyni hədəfə vurublar. İranla İsrailin süni düşmənçiliyi sayəsində milyonlarla ərəb, müsəlman, türk ölüb ki, bu da İranla İsrailin müştərək "nailiyyətlər"indəndir.
İraqda Səddam Hüseyn hakimiyyətə gələn kimi onun Fələstin davasını sarsıtmaq üçün, İranda inqilabın əsl lideri türk əsilli Şəriətmədarini kənarlaşdırıb, dərhal fars əsilli və daha prinsipial Xomeynini hakimiyyətə gətirib İraqla savaşa cəlb etdilər. "Sionist İsrail" və "Böyük şeytan" ABŞ-ı "İslam dövləti"nə milyard dollarlarla dəyərdə silah, təchizat verdi ki, İraq üstün gələ bilməsin. Hətta İranın xatirinə Səddam Hüseynin Fransadan alıb quraşdırdığı nüvə stansiyalarını İsrail qırıcıları bombalayıb tamamilə sıradan çıxardı.
İsrail və ABŞ-ı hər vəchlə İranı Səddama tam məğlub olmağa qoymadı. 8 ildə 1 milyon 300 min müsəlman həlak oldu, bir o qədər də şikəst qaldı. Bu da İsrail və İranın müştərək qələbəsi idi. Çünki həmin dövrdə İsrail və ABŞ birlikdə, özləri milyon yarım müsəlman öldürə bilməzdi. Ancaq İraqla İranı savaşdıraraq ölkəsini inkişaf etdirən, hətta dünyada xeyriyyə işlərinə görə Nobel mükafatına namizəd göstərilən Səddam Hüseynin ölkəsinin iqtisadiyyatını çökdürə bildilər. Eyni zamanda hər iki tərəfə silah satıb varlandılar. Və Səddamın ərəbləri birləşdirib Fələstini azad etmək planını dağıtdılar. Həmçinin milyon yarım müsəlman qanı axıtmağa nail oldular. Üstündən bir qərinə keçməmiş tərəflərin birini - Səddamı ləğv etdilər. Fasilə verib indi də İranı sıxırlar ki, məramlarımıza layiqincə xidmət etməsən səndə də rejimi dəyişib daha sərfəlisini gətirəcəyik.
İsrailin planları, hədəfləri, məqsədləri, savaşları əslində Beynəlxalq Cinayət Məhkəməsinin Netanyahu haqqında verdiyi orderin mahiyyətinə uyğun olaraq insanlıq əleyhinə, sülh əleyhinədir. Mahiyyəti etibarı ilə teokratik rejim olan İsrail hakimiyyəti üçün Türkiyə də, Suriya da, İordaniya da, Misir də, Səudiyyə Ərəbistanı da, Pakistan da düşməndir, haçansa sırası gələndə mütləq onlarla savaşılıb məhv edilməlidir. Onlara dost olan, dəstək verən başqa ölkələr də uzunmüddətli layihənin tərkibində sırasını gözləyir.
Kadır Mısıroğlunun dediyi kimi İsraillilər heç vaxt yaxın zaman üçün plan hazırlamırlar. Həmişə uzun və uzaq zaman üçün planlar qururlar. Bu gün baş verənlər onların illər, bəlkə də bir qərinələr əvvəl qurduqları planın tərkib hissəsidir.
Türkiyənin qüdrətlənməsi İsrail üçün narahatlıq yaradır və onu müharibəyə çəkməklə ABŞ-ı ilə üz-üzə qoymaq istəyir. Ancaq İsrailin "böyük İsrail" planları qarşısında Türkiyə də əslində Osmanlı ərazisi olmuş coğrafiyada təsir dairəsinə xələl gətirən amillərə, maneələrə qarşı hərəkətə keçə bilər. İsrailin "vəd edilmiş torpaqlar" xəritəsində Türkiyənin bir hissəninin də planda olmasına qarşılıq sonuncu da Osmanlı xəritəsinə əsasən həmin ərazilərin (İsrail və Fələstin də daxil olmaqla) ümumiyyətlə özünün haqqı olduğunu iddia edə bilər. Fələstin və İsrail əgər yola gedə bilmirlərsə keçmiş Osmanlı vilayəti olaraq Türkiyənin daxilində müxtariyyət kimi dinc şəraitdə varlıqlarını qoruya bilərlər. Çünki bu gedişlə, bu planlarla əsl hədəf Türkiyəni götürüblər. Təbii ki, təhlükə qapıdadır. Müharibə də astanadadır. Türkiyənin səbri, qüruruna xələl gətirə bilməz.
İbn Xəldun yazırdı ki, dövlətlərin də insanlar kimi xarakteri, xəstəliyi, problemləri, hətta teleyi və ömrü var. Doğulurlar, yaşayırlar, ölürlər. Sonra da yeniləri doğulur. Bunu tarix tam dolğunluğu ilə sübut edir. Qəddar, işğalçı dövlətlər də insan kimi haçansa xəstələnir, zəifləyir yaxud ölür. Bu zaman istismar etdiyi dövlətlər də onun qalıqlarını yer üzündən silir, eyni qəddarlığı ölənin yerində doğulan varisinə qarşı həyata keçirir. Hitlerin törətdiyinə qarşılıq olaraq İsrailin təzminat aldığı kimi haçansa Fələstin, Suriya, Misir də eynilə ala bilər. Haçansa Əlcəzair də Fransadan törətdiyi genosidə görə təzminat ala bilər.
Tarix təkərrür edir. Əgər Süleymanın, Davudun eradan əvvəl imperiyası olubsa, hətta peyğəmbər olmaqlarına baxmayaraq o dövlət də dağılıb. Dünya yaranandan bu günə əbədi dövlət, imperiya gəlib çıxmayıb. Heç çoxunun izi də qalmayıb, adı da itib.
İsrail bu gün bütün sərhədləri, qırmızı xətləri keçərək bəşər tarixində misli görünməmiş işğallar, təcavüz, vandalizm, qətllər həyata keçirir. Məscidləri, məbədləri dağıdır, heç bir müqəddəs dəyərə hörmət etmir. Hətta Qəzzadakı yeganə katolik kilsəsini də vurub, çoxsaylı insan həlak olub, rahib yaralanıb.
Qəzza əhalisi dünyanın şahid olmadığı ən dəhşətli həyatı yaşayır. On minlərlə körpə bombalar altında can verir. İsrailin törətdiklərinin nəticəsi çox ağırdır. Narahatverici odur ki, bu qədər dəhşətli hadisələrin doğurduğu əbədi düşmənçilik bundan daha ağır aqibətə gətirib çıxara bilər.
İsrail əgər bu qədər dövləti qarşısına alıb düşmən hesab edərək amansızlıq edirsə tarixin təkərrürü nəticəsində bu gün onda olan imkan və fürsət haçansa o dövlətlərin əlinə düşəndə təsəvvür olunmaz nəticələrın ortaya çıxması labüd olacaq.
Suriyanın hətta İsraillə normal münasibətlər qurmaqda maraqlı olduğunu da rədd edərək yalnız işğal, soyqırımı, vəhşət törətmək üçün bütün hədləri aşmaq nəinki Yaxın Şərqi, bütün dünyanı qan dənizinə çevirəcək.
Tural Irfan, politoloq
0:12 / 0:28

Sizin reklam burada
Sizin reklam burada