Qəbiristanlıqlarda yanğına səbəb olan şəxslər saxlanılıblar

Qəbiristanlıqlarda yanğına səbəb olan şəxslər saxlanılıblar
10:33

Sentyabrın 1-2-də Qazax və Tovuz rayonlarındakı qəbiristanlıqlarda yanğın törədən şəxslər polis əməkdaşları tərəfindən müəyyən olunub.

DİN-in Mətbuat Xidmətinin regional qrupundan News365.az-a verilən məlumata görə, 24 yaşlı Qazax rayon sakini Məhəmmədəli İsmayılovun və 39 yaşlı Elsevər Umarovun ocaqla ehtiyatsız davranması nəticəsində sözügedən qəbiristanlıqlarda 8 sot və 0.3 ha ərazi yanıb.

    Hər iki şəxs polis əməkdaşları tərəfindən saxlanılaraq barələrində qanunvericiliyə uyğun tədbir görülüb.


    Sizin reklam burada
    Sizin reklam burada