Sentyabrda Yer kürəsini bir neçə güclü maqnit qasırğası dalğası əhatə
edəcək. Ayın əvvəlində geomaqnit aktivliyinin artması gözlənilir. Həmçinin
sentyabrın ortalarında güclü geofırtına başlayacaq. Buna görə də, sağlamlıq və
rifaha təsir göstərməməsi üçün təhlükəli tarixlərə vaxtında hazırlaşmaq
vacibdir.
Qeyd edək ki, sentyabrın 4-5-6-da güclü maqnit qasırğası gözlənilir.
Məsələ ilə bağlı News365.az -a danışan
həkim Rasif Bağırov belə gündə bəzi insanların səhhətlərinə
qarşı çox diqqətli olmalarını vacib hesab edir:
“Belə gündə müəyyən xroniki xəstəlik
keçirmiş cavan adamlarda baş ağrıları müşahidə olunur və belə hava əsasən 50
yaşdan yuxarı insanların səhhətinə mənfi təsir göstərir.
Məsələn, qanında müəyyən yağların miqdarı yüksək olan, qanında qatılıq olan,
bir sözlə qan təzyiqindən əziyyət çəkən insanlara belə hava pis təsir edir.
Bu da özünü baş ağrıları, halsızlıq kimi simptomlarla göstərə bilər. Belə hava
hətta hipertoniyadan ciddi əziyyət çəkən insanların ölümünə belə səbəb ola
bilər. Ona görə də bu günlərdə 50 yaşından yuxarı və qan təzyiqindən əziyyət
çəkən insanlar bir qədər diqqətli olmalıdırlar”.
News365.az