Laçın aeroportunda sərhəd-keçid məntəqəsi açılacaq- QƏRAR

Laçın aeroportunda sərhəd-keçid məntəqəsi açılacaq- QƏRAR
02 Sen 2025 16:56

Nazirlər Kabineti "Dövlət sərhədindən buraxılış məntəqələrinin sayı və yerləşdiyi ərazilərin siyahısı"nın və "Dövlət sərhədindən buraxılış məntəqələrində işin təşkili və əlaqələndirilməsi Qaydaları"nın təsdiq edilməsi haqqında"  10 sentyabr 2021-ci il tarixli qərarında dəyişiklik edib.

News365.az xəbər verir ki, bununla bağlı Baş Nazir Əli Əsədov yeni qərar imzalayıb.

Qərara əsasən, sözügedən siyahıya Laçın Beynəlxalq Hava Limanında dövlət sərhədindən buraxılış məntəqəsi (Laçın rayonu, Qorçi kəndi) əlavə edilib. 


Sizin reklam burada
Sizin reklam burada