Çindəki paraddan maraqlı görüntülər - VİDEO

Çindəki paraddan maraqlı görüntülər - VİDEO
11:04

Çin paytaxt Pekində yapon işğalına qarşı Çin xalq müqaviməti və İkinci Dünya müharibəsində qazanılmış Qələbənin 80-ci ildönümünə həsr olunmuş genişmiqyaslı hərbi parad keçirib. 

News365.az xəbər verir ki, Tiananmen meydanında baş tutan paradı Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva da daxil olmaqla, 20-dən çox dövlət və hökumət başçısı izləyib. 

Bu, Çin Sədri Si Cinpin, Rusiya Prezidenti Vladimir Putin və Şimali Koreya lideri Kim Çen Inın ictimaiyyət qarşısına birlikdə çıxdığı ilk belə tədbir olub.

Paradda Çin Xalq Azadlıq Ordusunun 10 mindən çox əsgəri, yüzlərlə hərbi texnika və təyyarə iştirak edib. Bununla yanaşı, tədbirdə Çinin nüvə raketləri, tank və pilotsuz uçuş aparatları da daxil olmaqla, yeni silah-sursat sistemləri nümayiş etdirilib.

Ümumilikdə isə paradı 50 mindən çox tamaşaçı izləyib. 

Paradın görüntüləri dünya mediasında və sosial şəbəkələrdə maraqla qarşılanıb. 

Tədbirdən görüntüləri təqdim edirik:


Sizin reklam burada
Sizin reklam burada