"Süni intellet" nədir sualına cavab verəcək kimsə varmıdır?

"Süni intellet" nədir sualına cavab verəcək kimsə varmıdır?
21 Fev 2025 09:08
"Süni intellekt"in məsələsi fəlsəfənin məsələsidir. Texnolojiyanın məsələsi deyildir.
Nədən?
İnsanın məsələsi fəlsəfənin məsələsi olduğu üçün insana aid edilən nə varsa öncə fəlsəfənin məsələsi olur.
İlk sual "süni intellet" kimi təmsil edir?
İnsanı.
İkinci sual isə "hansı insanı" təmsil edir?
Bu məsələ isə bütün dünyanın ən əsas dərdidir.
Bu suala cavab verməkdən ötrü "insan kimi təmsil edir" sualına cavab verməliyik.
Kompyuterləşmə ilə kommunikasiyalaşma olaraq ayrılan "süni intellet"lərin də bu günkü dərdi budur.
Kompyuterləşən tərəfdə əsas alınan Dildir, kommunikasiyalaşan tərəfdə əsas alınan Əlaqədir.
İnsan dildir, yoxsa əlaqədir?
İnsan dilinin sərhədləri qədərdir, deyirdi Viqteşteyn. Turung də onunla bərabər bütün suallara cavab verən "maşın" hazırlamaq istəyirdi.
Bu tezisisin qarşısında duranlar "əlaqə"nin sərhədlərini birləşdirəcək bir "maşın" düşündülər.
Əlaqənin sərhədlərini müəyyən etməkdən ötrü niyə belə deyirsən sualına keyfim istədi deyə bilərsən, Dilin sərhədlərində isə məntiqə bağlamaq məcburiyyətindəsən.
Məntiqin gücü çatmayanda riyaziyyat kömək edəcək, onun da gücü çatmayanda geometri işə düşəcək.
Bütün bunlar mənə aid deyildir, dünya bu gün bu məsələnin həllini tapmağa çalışır.
Bu məsələnin həllini tapanlar gələn dünyanın idarəediciləri olacaqlar.
Mənim dərdim qurulacaq yeni düzənin içində yerimizin olmasıdır,
Bunu isə bir tək yenidən Dilin sərhədlərini açaraq təsis edə bilərik.
Dilin sərhədlərinin açılması təmsil ediləcək yeni insanımızın kimliyini müəyyən edəcəkdir.
Bitmiş və keçmiş keçmişlə özünüzü yormayın,
Gələcək təmsil edilənin kimi təmsil etdiyini istəsəz də, istəməsəz də göstərəcəkdir.
İdris Heydərli, publisist

Sizin reklam burada
Sizin reklam burada