"Süni intellekt" artıq həyatımızın içindədir.
Bu təklifin çıxdığı yer Amerikadır.Amerika yeni Roma olaraq bu təklifi Avropadan qazandı və Avropanın edə bilməyəcəyi addımı atdı. "İntellekt" Avropanın icadı idi,
Amerika isə üstünə fərqli bir şey qoydu və "Süni intellekt"i ixtira etdi.
"İntellekt" söz olaraq Romanın ixtirası idi,
Bizim dilimizdə "bölünməyən" deməkdir.
"Tellekt" bölünəndir, "İn" isə onu bölünməyən edir. Tarix bütün dönəmlərində "bölünməyənin" ixtirası ilə hərəkətin qüvvəsini müəyyən edir və zaman bu hərəkətin "bölünməyən"ini həyata tətbiq etməklə fərqli həyat təklifini verir.
Amerikanın "süni intellekt"inin qarşısında hansı qüvvə vardır?
Nə Avropa, nə Rusiya bu gücün qarşısında durmaq iqtidarında deyildir.
Amerika bu "süni intellekt" ixtirası ilə gələcək həyatın Tək qurucusu olmaq istərkən qarşısında Çini gördü.
Çin də "süni intellekt"in adı nədir?
Çincənin rəsmi dilində bu "rengong zhineng"dir, anlamı "insanın hazırladığı zəka"dır. Güzgü ilə güzgünün qarşısındakı eynidirmi, ayrıdırmı?
Tam da burda bütün yollar ayrılır.
Çin ilk kəs yenə Güzgü olmaq iddiasındadır,
Güzcünun qarşısında duran isə Amerikadır.
Güzcünün qarşısında duranın Adı "intellekt" güzcü usə "süni" olur,
Ancaq "süni" intellekt"in önünə keçir.
Bu ikiləşmə arasındakı "Məsafə" bütün insanlığa yeni bir yaşama təklifi gətirib,
"Süni"nin əgdahası Çin, "intellekt"in zirvəsi Amerika. Bu qarşılaşma Gücü kim idarə edəcək məsələsini açıq buraxıb,
Gücü idarə edək artıq Dövlət və Dövlətlər deyildir. Son yüzilin icadı olan "Politik Dövlət" bitib, Avropa indi bu tənəzzülün içindədir.
Yeni həyatın dərdi yeni "Dövlətləşmə" hansı seçimi edəcəkdir?
Amerika "süni intellekt"ə "Patron Dövlətdir" modelini, Çin isə "Xidmət Dövlətdir" modelini dəstəkləyir.
Amerika güzcünu deyil, gücgünün qarşısındakını Güc, Çin isə güzgünün içindəki xidməti Güc olaraq qəbul edir.
Bu müharibənin nəticəsi yeni şərtlərin bağlanmasını tələb edir,
Və yeni insan modeli "bağlanan bölünməyən"lə, "açılan bölünməyən"in üzərindən başlayacaqdır.
Mənim işim tamaşa etməkdir,
Bu "tamaşa"da "ta" öz yerini "Maşa"ya göstərdiyi üçün yanan ocağa əl deyil, maşa toxunmalıdır.
İdris Heydərli, publisist